"Mərkəzi Bank "Günay Bank"ın lisenziyasını ləğv etdi. Hüquqi şəxs cari hesabımızda olan 1950 AZN donduruldu. “Batdı” desək, daha doğru olar. Ötən illərdə ləğv olunan (ATA, AG, NBC, Standard, Dəmir, Amrah) banklarda hüquqi şəxslərin 100 milyonlarla AZN vəsaiti bloklandı. Üstündən 3 il vaxt keçib, Əmanətlərin Sığortalanması Fondu bu pulların adını çəkmir".
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Samir İsmayıl bildirib.
“Bu necə olur? AMB kommersiya banklarını istənilən an bağlamaq səlahiyyətinə malikdir. Amma hüquqi şəxslərin cari hesabında saxladığı vəsaitə və yerləşdirdiyi əmanətə təminat verilmir. Nağdlaşdırılma şərtləri də sərtləşdirilir və məhdudlaşırılır. Hüquqi şəxsin hesabında olan vəsait varsa, bu hələ həmin hüquqi şəxsin vəsaiti olduğu anlamına gəlmir. Həmin vəsaitin çoxsaylı təyinatları var. Əgər hüquqi şəxsin hesabında olan vəsait lisenziyası ləğv olunan bankda batırsa, həmin hüquqi şəxs öz öhdəliklərini 3-cü tərəf qarşısında necə yerinə yetirsin?” – S.İsmayıl qeyd edib.