10 manatlıq şirkətlə 900 minlik müqavilə

İQTİSADİYYAT
21:18 / 17.05.2023
632

Azərbaycan Tibb Universiteti (ATU) informasiya texnologiyaları avadanlıqlarının satın alınması və quraşdırılması ilə bağlı tenderə yekun vurub. 

HİT.az xəbər verir ki, tenderin qalibi "CONCEPT FINANCIAL GROUP" MMC olub. 

ATU ilə şirkət arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 949 988,5 AZN təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "CONCEPT FINANCIAL GROUP" MMC 17 oktyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi, ev 3, mənzil 61-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əsgərova Sevinc Yusif qızıdır. 

Açıq mənbələrdə şirkət barəsində heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə telefonları, nə də internet səhifəsi var.

Sevinc Əsgərova haqqında da heç bir məlumat tapa bilmədik. 

İki ildir fəaliyyət göstərən “CONCEPT FINANCIAL GROUP" MMC barədə heç bir məlumata rast gəlinməməsi şirkətin tender əməliyyatlarına cəlb edilməsi üçün yaradıldığı barədə şübhələri artırır.

Anar

0