Bu şirkətin rəhbəri dəyişdi

İQTİSADİYYAT
10:25 / 18.05.2023
701

“Xalq Sığorta” şirkətinin İdarə Heyətinin sədri dəyişib.

“APA-Economics” sığorta bazarındakı mənbədən əldə etdiyi məlumata görə, hazırki sədr Kurbanau Raman yerinə “Xalq Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədri Roman Vəliyev təyin edilib. Bununla bağlı qərar səhmdarların ümumi yığıncağında verilib.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

0