“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Toyota Abşeron Mərkəzi” MMC ilə maliyyə dəyəri 623 999,99 AZN olan satınalma müqaviləsi imzalayacaq.
HİT.az xəbər verir ki, müqavilədə yüksək keçicilik xüsusiyyətinə malik xüsusi təyinatlı avtomobilərin (pick-up tipli) satın alınması nəzərdə tutulur.
Tenderin şərtlər toplusundan məlum olur ki, ASC 10 ədəd “pick-up” almaq niyyətindədir. Bu halda avtomobilin biri 62 399 AZN-ə düşür.
“Toyota Abşeron Mərkəzi” MMC 10 avqust 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Cəmil Böyüağa oğludur.
Cəmil Məmmədov həm də “BakıSığorta” ASC-nin Direktorlar Şurasının üzvüdür.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanovdur.
Anar