Əhaliyə maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR

İQTİSADİYYAT
15:51 / 19.05.2023
944

"Azərbaycanda artan iqtisadi və maliyyə imkanlarının artması nəticəsində büdcədə 2 milyard manatdan artıq profisit yaranıb".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. 

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər layihəsinin hazırlanması qərara alınıb və yaxın günlərdə layihə Milli Məclisdə müzakirə olunacaq:

"Düzəlişlər nəticəsində ilk növbədə əlavə vəsaitlər azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyasının daha da artırılması üçün əlavə maliyyə mənbəyinin təmin edilməsi üçün istifadə olunacaq.
Hazırda bu istiqamət üzrə büdcədə nəzərdə tutulmuş xərclərin məbləği 3 milyard manatdır, düzəlişdən sonra bu rəqəmin 4,5 milyard manata çatdırılacağı, hətta bir qədər də artıq olacağı nəzərdə tutulur.

Mövcud büdcə xərclərində ölkənin müdafiə potensialının və hərbi imkanların möhkəmləndirilməsi də əsas prioritetdir. Həmçinin, büdcəyə düzəlişlərdən sonra xərclərin bir qismi sosial sahədə bəzi prioritet istiqamətlər üzrə xərclərin də artırılması istisna olunmur, əhalinin aztəminatlı və həssas sosial qruplarının sosial müdafiə və təminatının daha da yaxşılaşdırılması məqsədilə bu istiqamətdə əlavə maliyyələşmənin təmin edilməsi də mümkündür. Nəticədə maaş və pensiyaların artımı ilə bağlı vəsaitlər də həmin xərclərdə yer ala bilər".

 

0