Bu ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,4 saat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə işçilərin iş saatının miqdarı artıb.
Belə ki, ötən ilin yanvar-mart aylarında Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 0,1 saat az olub.
Azərbaycanda ən çox işləyənlər ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahənin işçiləri ay ərzində orta hesabla 148,3 saat işləyirlər ki, bu da ötən illə müqayisədə 0,2 saat çoxdur.
Ən az işləyənlər isə daşınmaz əmlakla əlaqədar əməliyyatlarda çalışanlardır. Bu sahədə çalışanlar ay ərzində 136,6 saat işləyiblər və bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,6 saat az olub.
Digər sahələrdə isə ay ərzində iş saatlarının miqdarı belə olub: