Məşhur şirkət cərimələnə bilər – “Carçıoğlu Group” nədə ittiham edilir?

İQTİSADİYYAT
22:00 / 19.05.2023
952

“Carçıoğlu Group” MMC barəsində inzibati iş başlanılıb. Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına) maddəsi ilə ittiham olunur. 

İş Qazax Rayon Məhkəməsinin hakimi Fəxri Məmmədovun icraatındadır. 

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

1997-ci ildə təsis edilmiş ”Carçıoğlu Group” içki, ərzaq məhsullarının və mebel aksesuarlarının respublikamıza idxal olunması sahəsində ixtisaslaşmışdır. "Carçıoğlu Group” hal-hazırda ” Carçıoğlu” MMC, ” İdxal” MMC, ”Dinçer və Carçıoğlu” MMC və ” Azər Loqistika Group” MMC şirkətlərini özündə birləşdirir.

Anar

0