1 manatlıq şirkətlə 95 min manatlıq müqavilə - Bulvar İdarəsi lampa alır

İQTİSADİYYAT
20:07 / 23.05.2023
592

Dənizkənarı Bulvar İdarəsi mövcud olan işıqlandırma sistemi üçün lampaların satın alınması ilə bağlı tenderə yekun vurub.

Hit.az xəbər verir ki, tenderin qalibi “Leads Group Supply” MMC seçilib. İdarə lampaların satın alınması üçün şirkətə 94.380,47 AZN ödəyəcək.

“Leads Group Supply” MMC 29 noyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Əhmədov Əli Vidadi oğludur. 

Açıq mənbələrdə şirkət barəsində heç bir məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi haqqında da hər hansı məlumata rast gəlinmir. Şirkətin nə əlaqə telefonları, nə də rəsmi internet səhifəsi var. 

MMC-nin nizamnamə kapitalının 1 AZN olması şirkətin tender oyunlarında iştirakı üçün təsis edildiyi qənaətini yaradır. 

Dövlət satınalmalarının elektron portalında yelrəşdirilən məlumatlardan aydın olur ki, şirkət əsasən Dövlət Gömrük Komitəsinin tenderlərinin qalibi olur. Həmçinin məlum olur ki, şirkət dəftərxana mallarının satışı ilə məşğuldur. 

Anar

0