Bu şəxslərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

İQTİSADİYYAT
22:25 / 23.05.2023
405

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2023-cü il iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 2023-cü il mayın 1-nə kimi nəzərdə tutulmuşdu.

0