“Azerçay” tərəfindən KİV nümayəndələrinin çay plantasiyalarına media-turu təşkil edildi - FOTO

İQTİSADİYYAT
15:07 / 25.05.2023
511

“Azerçay” çay yığım mövsümünün başlaması ilə əlaqədar Masallı rayonunda becərilən çay plantasiyalarına media-tur təşkil etdi. KİV nümayəndələri Masallı rayonunun dəniz səviyyəsindən 800 metr yüksəklikdə salınan çay plantasiyalarında mövsümün ilk məhsul

yığımını əyani şəkildə müşahidə etdilər. Burada media nümayəndələrinə mütəxəssislər tərəfindən çayın becərilməsi və yığımı ilə əlaqədar məlumatlar verildi. Belə ki, çay yığımı əsasən 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları ilə təchiz edilmiş çay
plantasiyasında aparılır.

Həmçinin burada mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluğun da göstərildiyi vurğulanıb. Eləcə də bu il 1-ci məhsul yığımından 15 ton məhsul yığılacağı gözlənilir.

Qeyd edək ki, çayçılığın inkişaf etdirilməsi, həm də regionlarda kənd təssərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerlərinin açılmasına şərait yaradıb. Ölkə başçısı tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq “Azərsun Holdinq” bölgələrdə yeni çay sahələri salıb, müasir suvarmalarla təmin edib.

Bundan əlavə, Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin edən Şirkətlər Qrupu, “Azerçay” markası üçün çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini verir. Ümumilikdə 4 min insanın məşğulluğunun
təmin edilməsi ilə yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühim dəstək verilir. İnsanların əsas gəlir mənbəyi sayılan çayçılığın inkişafı onlar üçün əlavə motivasiya qaynağı olaraq qalır. Çünki, illərlə çalışdıqları, əmək verdikləri bu sahədə göstərilən qayğı onların gələcəyə nikbin addımlarla irəliləyəcəylərinin bariz göstəricisidir.

Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən Doğma Çay “Azerçay” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Çay markası "Made in Azerbaijan" yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycanın çayının dünyada tanıdılması ilə qürur duyur.

0