“AzNar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Grante Trading” filialı məhkəməyə verilib.
HİT.az xəbər verir ki, iddiaçı Xəlilzadə Fərid Rasim oğludur.
Onun iddiasına Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyevanın sədrliyi ilə baxılacaq. Fərid Xəlilzadənin iddia tələbi işə bərpa olunması ilə bağlıdır.
Araşdırmalarımız zamanı məlum olub ki, Fərid Xəlilzadə “Grante Trading” filialının nümayəndəsi olub. Lakin “AzNar”ın qanuni təmsilçisi Zeynullah Qurbanovun qərarı ilə o işdən azad edilib.
Məlumata görə, Zeynullah Qurbanov da artıq işini itirib. Onu Əhmədov Asif Kamal oğlu adlı şəxs əvəzləyib. Dövlət Vergi Xidmətinin reyster məlumatlarında da şirkətin qanuni təmsilçisi kimi Asif Əhmədovun adı qeyd edilib.
“AzNar” QSC əslən azərbaycanlı olan rusiyalı milyarder Fərhad Əhmədova məxsusdur.
Anar