Zərərlə işləyən "Azsığorta" icra şöbəsini məhkəməyə verdi

İQTİSADİYYAT
16:51 / 01.06.2023
666

Azərbaycanın sığorta bazarının vaxtilə aparıcı iştirakçılarından olan «Azsığorta» Açıq Səhimdar Cəmiyyəti dövlət qurumunu məhkəməyə verib.

Hit.az-ın məlumatına görə, “Azsığorta” ASC-nin Ədliyyə Nazirliyinin Binəqədi rayon icra şöbəsini məhkəməyə verməsinə səbəb sözügedən qurumun inzibati orqanların aktları və hərəkətləri hərəkətsizliyi ilə bağlı olub.

İşə Bakı İnzibati Məhkəməsinin hakimi Tural Məlikovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Binəqədi rayon icra şöbəsinin rəisi İlham Həsənov və «Azsığorta» ASC-nin İdarə Heyətinin sədri Yusif Soltanovdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın sığorta bazarının vaxtilə aparıcı iştirakçılarından olan «Azsığorta» böyük zərərlə başa vurub. Ötən il sığorta şirkəti kiçilib, kapitalı isə azalıb.

2022-ci ildə «Azsığorta» işlərin aparılması xərclərində qənaətə başlayıb və bu xərcləri 5,8 milyon manatdan 5,2 milyon manata endirib. Amma bu da şirkəti zərərdən çıxara bilməyib və şirkət 2022-ci ili 2 milyon manat xalis zərərlə başa vurub.

Aydın

0