Ləğv prosesində olan “Atabank” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Azərsu” ASC-ni məhkəməyə verib.
Hit.az xəbər verir ki, bankın iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı mübahisələrdən ibarətdir. Əldə etdiyimiz məlumata görə, “Atabank”la “Azərsu” arasındakı mübahisə su pulu ilə bağlıdır. Banka külli miqdarda borc yazılıb. Bank isə bununla razı deyil.
“Atabank” ASC 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədovun bankı kimi tanınır. Fazil Məmmədov 2022-ci ildə dünyasını dəyişib.
Anar