Sədr onları müavin təyin edəcək

15:04 / 03.06.2023
1536
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavinləri vəzifələrindən azad edilir. 
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin sədri Rövşən Rüstəmovun müvafiq əmri ilə hazırda sədr müavinlərinin təhvil-təslim prossesi gedir. Onların işlədikləri dövr ərzində maliyyə xərclərindən tutmuş cavabdeh olduqları sahələr üzrə hesabatlar hazırlanır.  
 
Məlumata görə, müavinlər - Əlirza Süleymanov, İqbal Hüseynov və Zaman Novruzov təqaüdə göndərilir.  
 
 
QSC-nin sabiq sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanova yaxınlığı ilə tanınan Vüsal Aslanovun da artıq işə çıxmadığı deyilir.  
 
Rövşən Rüstəmovun tezliklə onıarın yerinə özünün yaxın çevrəsindən müavinlər təyin edəcəyi deyilir. İstisna deyil ki, yeni təyinatlar arasında QSC sədrinin yaxın adamları sayılan müşavirləri - Aysel Soltanova və Nazim Talıbovun da adı olacaq.
 
 
Qeyd edək ki, bu ilin aprel ayında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov vəzifəsindən azad edilib.
 
 
1