Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırıldı

İQTİSADİYYAT
14:35 / 07.06.2023
683

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırılıb.

HİT.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla Agentliyin Əsasnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Agentliyin yeni vəzifələri aşağıdakılardır:

ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini təmin etmək;

heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsini aparmaq;

heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatını həyata keçirmək;

dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə, tikintisinə, bərpasına və istismara verilməsinə rəy vermək.

0