Qoşqar Təhməzlinin qardaşına qarşı iddia

İQTİSADİYYAT
18:46 / 08.06.2023
419

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı Atəş Təhməzova məxsus "6-cı mərtəbə" MMC məhkəməyə verilib.

HİT.az xəbər verir ki, "6-cı mərtəbə"ni məhkəməyə verən "Şərq Bazarı" kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı şirkətlərdir.

Bir müddət əvvəl həmin şirkətlər bəyan etmişdi ki, Atəş Təhməzovun şirkəti onlara olan borcunu ödəmək istəmir.

"6-cı mərtəbə" MMC-nin müqavilə bağladığı "İdea Yapı" MMC, "MV Group" MMC və "MECC" MMC Atəş Təhməzovun şirkətini məhkəməyə verəcəklərini demişdilər.

Məlumat üçün deyək ki, "6-cı mərtəbə" nin təkcə "MECC" MMC-yə 1 429 330 AZN borcu var.

Anar

0