Naxçıvan Əcəmi Tikinti Quraşdırma İdarəsinin rəhbəri Bünyadov Əhməd Səfər oğluna qarşı məhkəmə iddiası qaldırıb.
Hit.az-ın məlumatına görə, bununla bağlı Səfərov Səməd Sadiq oğlu Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edib.
Səməd Səfərov məhkəmədə ona məxsus avtomaşınların qaytarılması, eləcə də cəmiyyətdəki payının və xalis mənfəətin alınıb ona verilməsi tələbini irəli sürüb.
İşə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində hakim Elşən Salmanovun sədrliyi ilə baxılacaq.
Aydın