“Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksilərin qiymət siyasətinə müdaxiləsi doğri deyil”.
Bunu HİT.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Ekspert bu məsələdə nazirin mövqeyini bölüşmədiyini vurğulayıb: “Çox yanlış bir yanaşmadır. Azərbaycanda tək-tük bazarlar var ki, orada rəqabət var. Bu rəqabət nəticəsində münasib qiymətlər formalaşıb və müştərilər bundan faydalanır. Belə bir formada bazara müdaxilə etmək doğru deyil. Nazir yaxşı olar ki, ictimai nəqliyyatın inkişaf etdirməsi haqqında düşünsün ki, sivil dünyada olduğu kimi insanlar ictimai nəqliyyata üstünlük versinlər. Bu müstəvidə dövlətin görəcəyi ciddi işlər var”.
Xalid Kərimli hesab edir ki, nazir taksi xidmətində keyfiyyətin yaxşılaşdırılması məsələlərində dövlətin tənzimləyici qurumlarının işini formalaşdırmalıdır:
“Taksi xidmətində insanlar xidmətin keyfiyyətindən narazıdır, zaman-zaman problemlərlə rastlaşırlar. Bunun həlli yolu qiymət artımından deyil, taksi sürücülərinin seçilməsi prosesində operatorların üzərindən nəzarətin formalaşdırılması, qaydaların müəyyənləşdirilməsindən keçir. Eyni zamanda, taksi xidməti ilə məşğul olan şəxslərin vergidən yayınmaması üçün Vergilər Nazirliyinə tədbirlər ürəli sürməlidir. Əksinə, dövlət sevinməlidir ki, taksi xidməti ucuzdur və əhali bundan məmnundur".
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev taksi xidmətlərinin qiyməti məsələsinə toxunub: "Taksi qiymətləri qalxacaq. Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur".
Azra