“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə keçmiş işçisi Natəvan Əliyeva arasında məhkəmnə çəkişməsi davam edir.
HİT.az xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Şikayəti Natəvan Əliyevan verib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Musayevanın icraatındadır.
Məlumat üçün deyək ki, işdən çıxarılan Natəvan Əliyeva işə bərpa və əmək haqqı tələbi ilə Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdı. İş hakim Toğrul Axundovun icraatında idi.
Nəticə barədə açıq mənbələrdə məlumat olmasa da, Natəvan Əliyevan apellyasiya şikayəti verməsi birinci instansiya məhkəməsinin iddianı təmin etmədiyini deməyə əsas verir.
"AFB Bank" ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olduğu bildirilən "Gilan" MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında "Gilan" MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da, bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.
Mediada yayılan məlumatlara görə, "AFB Bank" ASC-nin yeni səhmdarı Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Bu məlumat indiyə qədər təkzib olunmayıb.
Anar