Nazir müavininin qaynı nazirliyi məhkəməyə verib?

İQTİSADİYYAT
17:20 / 13.06.2023
509

Mehti İlqar Rəşid oğlu İqtisadiyyat Nazirliyinin qurumunu və MTK-lardan birini məhkəməyə verib.

“Ölkə.Az”ın məlumatına görə, sözügedən şəxs nazirlik yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və “Etalon İnşaat” MTK  bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Hakim Zeynəb Axundovanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti korporativ mübahisələrdir.

Mətbuatda “Ekvita” MMC-nin rəhbəri olan İlqar Mehti Rəşid oğlunun əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun qaynı olduğu yazılır.

Qeyd edək ki, məhkəməyə verilən “Etalon İnşaat” MTK-nın rəhbərləri isə illər öncə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilərək azadlıqdan məhrum ediliblər.

0