Astara Rayon İcra Hakimiyyəti Astara şəhərində yaşayış binalarının əsaslı təmiri işlərinin görülməsi ilə bağlı elan etdiyi tenderin qalibi məlum olub.
Hit.az xəbər verir ki, qalib “Resing Construction Group” MMC-dir. İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqavilənin maliyyə dəyəri 75.929,22 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Resing Construction Group” MMC 29 iyun 2022-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 50 AZN-dir. Şirkətin qanuni təmsilçisi Mansurov Ramal Şəmsəddin oğludur.
Ramal Mansurovdan əvvəl şirkətin qanuni təmsilçisi Gözəlov Nəsimi Dəyyan oğlu olub.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçiləri barədə heç bir məlumat yoxdur.
Astara Rayon İcra Hakimiyyəti bundan əvvəl “Resing Construction Group” MMC ilə abadlıq işlərinin görülməsi ilə bağlı müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 66 600,38 AZN olub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 11 ildir ki, bu vəzifədədir.
Qəzənfər Ağayev Yardımlı (2005-2006) və Masallı (2006-2012) rayonlarının da icra başçısı olub.
Anar