İki tikinti şirkəti yanğın təhlükəsizliyini pozub

İQTİSADİYYAT
21:06 / 14.06.2023
515

Bakıda iki tikinti şirkəti barəsində protokol tərtib edilib. 

Hit.az-ın məlumatına görə, "Tikinti-İnşaat" Mənzil-Tikinti Kooperativi və "NİCAT" Mənzil-Tikinti Kooperativi İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub.

Hər iki şirkət İnzibati Xətalar Məcəlləsinin 518.1 maddəsi ilə ittiham olunur. Belə ki, sözügedən iaşə obyektində yanğın təhlükəsizliyi ilə bağlı tələblər yerinə yetirilməyib. Bu maddəyə görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Hər iki şirkətin işinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Aydın

0