“Azərsu” ASC-nin tenderi niyə ləğv edilib?

İQTİSADİYYAT
20:01 / 14.06.2023
616

“Azərsu” ASC-nin daxili vəsaiti hesabına betonun satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

Hit.az xəbər verir ki, tenderin ləğv olunma səbəbi “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədardır.

Həmin maddədə bildirilir ki, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

Beləliklə, aydın olur ki, “Azərsu” ASC-nin elan etdiyi tenderin ləğv edilməsi iddiaçı sayının az olması ilə bağlı olub.

Anar

0