Bu şirkət ölkədən vayuta çıxarıb

İQTİSADİYYAT
19:30 / 16.06.2023
652

"Cassar co LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) şirkəti barəsində məhkəmə iddiası qaldırılıb.

Hit.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkətə cərimə protokolu tərtib olunub. “Adore Kompani” MMC-nin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. 

Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, "Cassar co LTD" MMC xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğində cərimə cəzası gözləyir.

Aydın

0