GDP MMC külli miqdarda cərimələnə bilər (SƏBƏB)

İQTİSADİYYAT
21:53 / 16.06.2023
569

GDP Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) vəzifəli şəxslərin tələbini yerinə yetirmədiyi üçün külli miqdarda cərimələnə bilər. 

Hit.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2 maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib. 

İşə Bakı Şəhəri Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, İXM-nin 544.2 maddəsinin tələblərinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir.

Aydın

0