"Loğmed" məhkəməyə verildi

İQTİSADİYYAT
20:20 / 16.06.2023
438

"Loğmed" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində məhkəmə iddiası qaldırılıb.

Hit.az məlumatına görə, klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.

Belə ki, tibb mərkəzində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilib.

Klinika barəsində tərtib olunmuş cərimə protokolu Bakı Şəhəri Nizami rayon məhkəməsinə göndərilib. İşə hakim Nigar Qədirlinin sədrliyi ilə 22.06.2023-cü il tarixində baxılacaq. 

Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 6 mindən 8 min manatadək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, “İnternational Medical Centre Bakı” QSC Baku Medical Plaza klinikalar şəbəkəsinə aiddir.

Aydın

0