Dövlət Xidmətindən “Bakı-Toxucu” QSC-yə qarşı iddia

İQTİSADİYYAT
19:03 / 19.06.2023
663

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı-Toxucu” Qapalı Səhmdar Cəmiyyətini (QSC) məhkəməyə verib. 

Hit.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır. 

Məhkəmə çəkişməsinin səbəbi bəlli deyil. Ehtimal olunur ki, mübahisə şirkətin yeləşdiyi bina ilə bağlıdır. 

“Bakı-Toxucu” QSC 1998-ci ildə Bülbülə toxuculuq fabrikinin nəzdində yaradılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Fazil Ətirxan oğludur. 
Fazil Məmmədov Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 47 ünvanında yerləşən ərazi partiya təşkilatın sədridir. 

Anar

0