Türk şirkəti cərimələnə bilər - Təhlükəsizlik qaydalarını pozmaqda ittiham olunur

İQTİSADİYYAT
19:20 / 19.06.2023
453

“Nedo Gida Sanayi Ticarət Limited” şirkətinin Azərbaycandakı filalı barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, şirkəti İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

518.1-ci maddəyə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Anar

0