“Belə adamların hərəkətləri kənd müəllimlərinin, bələdiyyələrin, icra nümayəndələrinin, yerli əhalinin gözü qarşısında baş verir. Bu işin qarışınının alınması üçün onların heç biri təşəbbüs göstərmir”.
Bunu Hit.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cəlilabadda 2 tondan artıq ölü at ətini mal əti adı altında satışının aşkarlanması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun fikirincə, ölkədə satılan bir manatlıq dönərlər, bəzi restoranlarda olan ucuz ət yeməklərinin mənbəyi belə ətlərə köklənib. Sədr 25 ildən yuxarıdır ki, Azad İstehlakçılar Birliyinin ölü heyvan ətinin mövcudluğunu təqib etməsini diqqətə çatdırıb:
“Biz onun illər öncə Bakıda topdansatış yerlərini də müəyyən etmişik. Təəssüflər olsun Daxili İşlər Nazirliyindən başqa bizə dəstək verən olmadı ki, onları tam ifşa edək. İllərdir ki, bu problem davam edir. Bu sahədə ən uğurlu işi DİN-in Baş Mütəşəkil Çinayətlərə qarşı Mübarizə İdarəsi görür. Başqalarından fərqli olaraq onlar cərimə edib buraxmırlar, işi məhkəməyə göndərirlər. Lakin Azərbaycan məhkəmələri qisa müddətdə onlara bəraət verib buraxıb. Mən həmin məhkəmələri ğmrümün sonuna kimi təqib edəcəm. Bunun kökü Azərbaycandan kəsilməlidir”.
Eyyub Hüseynov həm DİN-in, həm də Qida Təhlükəsizliyi Agentliyinin işini müsbət dəyərləndirdiyini əlavə edib:
“Bizim birlikdə bir kitab var, 1963-cü ildə dərc olunub. Həmin kitabda 15 respublika ərazisində ancaq Azərbaycanda eşşək ətinin növləri və yeməyə yararlı olduğu göstərilir. Sonradan öyrəndik ki, bu kitab ermənilər tərəfindən tərtib olunub. Azərbaycanda at, eşşək əti yeyilmir. Üstəlik murder olan heyvan əti dinimizə görə yemək olmaz. Bir neçə il bundan əvvəl bir fermer mənə müraciət etdi, dedi ki, murdar olan inəyini aparıb qamışlığa tullayıb ki, itlər yeyib xəstələnməsin. Baxıb ki, leş yığanlar onu soyub aparmaq istəyir. Həmin hadisənin qarşısını aldıq və ona bir inək alıb verdik”.
Qeyd edək ki, Cəlilabadda 2 tondan artıq ölü at ətininin mal əti adı altında satışı aşkarlanıb. Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Səbuhi Abbasovun saxlanılıb və 2 tondan çox yararsız at əti maddi sübut kimi götürülüb.
Azra