Bakı Neft Emalı Zavoduna yeni rəhbər təyin olundu

İQTİSADİYYAT
18:23 / 20.06.2023
729

SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (NEZ) yeni direktor təyinatı olub.

“APA-Economics”in əldə etdiyi məlumata görə, bu vəzifə Xəyal Cəfərova həvalə olunub.

Məlumata görə, Xəyal Cəfərov bundan əvvəl SOCAR-n Karbamid Zavodunun direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, NEZ-in keçmiş direktoru Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinə yeni müavin təyin edilib.

0