“Azəriqaz” cərimələnə bilər

İQTİSADİYYAT
19:31 / 20.06.2023
731

“Azəriqaz” İstehsalat Birliyi barəsində inzibati iş başlanıb.

Hit.az xəbər verir ki, “Azəriqaz” İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilib. 

354.0.2-ci maddədə fiziki şəxslərin səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslərin dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin isə üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Anar

0