İki şirkət məhkəməyə verildi

İQTİSADİYYAT
19:47 / 20.06.2023
619

"Dry Fruits" Məhdud Məsuliyyətli Cəmiyyəti və "GDP" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməlik olub. 

Hit.az-ın məlumatına görə, hər iki şirkətə protokol İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir.

Hər iki işə Bakı Şəhər Nizami Rayon Məhkəməsində baxılacaq.

Aydın

0