Dövlət şirkətinin adı dəyişdirildi, nizamnamə kapitalı artırıldı

İQTİSADİYYAT
20:21 / 20.06.2023
563

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Şəki Ses" MMC-nin adı "Şəki SES" MMC-yə dəyişdirilib.

HİT.az bu barədə şirkətə istinadən xəbər verir.

Bundan başqa, kommersiya qurumunun nizamnamə kapitalı 4 dəfəyə yaxın artırılaraq 2 453 900 manata çatdırılıb.

Xatırladaq ki, "ASK Şəki SES” 2019-cu ildə yaradılıb. Şirkət vahid enerji sisteminə qoşularaq Şəki şəhərinin bir hissəsinin elektrik enerjisinə və suya olan tələbatını ödəyir.

0