100 min manatlıq şirkət gömrük qanunvericiliyini pozmaqda ittiham olunur

İQTİSADİYYAT
21:36 / 21.06.2023
527

"NB Satınalma və Ticarət” MMC barəsində məhkəmə iddiası qaldırılıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq. 

İddia təsdiqini taparsa, şirkət rəhbərliyi 1500 manat məbləğində cərimə olunacaq.

Qeyd edək ki, Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski Pr. ev.85 m.31 hüquqi ünvanında yerləşən və nizamnamə kapitalı 100 min manat olan şirkətin qanuni təmsilçisi Bayroyev Novruz Kərəm oğludur.

0