Respublika Seymsoloji Xidmət Mərkəzi abadlıq xidmətlərinin satln alınması ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “Bakcon” MMC seçilib.
Şirkətin abadlıq xidmətləri Mərkəzə 93.841,31 AZN-ə başa gələcək.
“Bakcon” MMC 4 dekabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Qəniyev Səbuhi Rafiq oğludur.
İnternet resurslarında “Bakcon” MMC ilə bağlı hər hansl məlumata rast gəlinmir. Baxmayaraq ki, şirkət 17 ildir fəaliyyət göstərir.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, bu şirkətin ilk tenderidir.
Anar