İşçisi "Hünər-İnşaat"dan maaşını tələb edir

İQTİSADİYYAT
14:37 / 22.06.2023
835

"Hünər-İnşaat" Firması məhkəməyə verilib. 

Hit.az-ın məlumatına görə, şirkəti məhkəmə verən tərəf isə firmanın keçmiş işçisi İbrahimov Nurəddin Yunis oğludur. 

Belə ki, Nurəddin İbrahimov firmada gördüyü işə görə əmək haqqını tələb edir. 

Qeyd edək ki, şirkət mütəmadi olaraq "MİDA" MMC yaşayış kompleksinin tikintisi üçün elan etdiyi tenderin qalibləri siyahısında olub. Təkcə 2020-ci ilə görə “MİDA”da ilə “Hünər İnşaat Firması” arasında 9 milyon 579 min 939 manat məbləğində müqavilə bağlanıb. 

Xatırladaq ki, şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Tofiq Əliyev Cəlal oğludur.

Aydın

0