Bakı-Sumqayıt yolundan istifadə edənlərə şad xəbər - VİDEO

İQTİSADİYYAT
15:12 / 23.06.2023
744

Bakı ilə Sumqayıt arasında metrobusların fəaliyyətə başlaması gözlənilir.

HİT.az xəbər verir ki, təşkilatçı şirkətin “Xəbər Ertəsi”nə verdiyi məlumata görə, Türkiyə istehsalı olan 22 ədəd 21 metrlik elektrik mühərrikli metrobusun istifadəyə verilməsi ilə bağlı layihə var.

Məqsəd ölkədə ən böyük sərnişin axınının müşahidə edildiyi iki şəhər arasındakı sıxlığın azaldılması və keyfiyyətli sərnişindaşımanın həyata keçirilməsidir. Layihə aidiyyəti qurumalara da təqdim edilib.

Bəs mövcud şəraitdə Bakı-Sumqayıt yolunda metrobusun fəaliyyəti nə dərəcədə real görünür? Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, layihəni reallaşdırmaq sadədir. Elektrik mühərrikli avtobuslar baha olsa da, onların təşkili xüsusi texniki iş tələb etmir. Lakin bu nəqliyyat növünün də Bakı-Sumqayıt yolundakı sıxlığı aradan qaldıracağı sual altındadır.

Ərşad Hüseynov onu da qeyd edib ki, sözügedən yolda tıxacın və sıxlığın qarşısını almaq üçün metronun təşkili ən uyğun seçimdir.

Bu, həm də sərnişinlərin dəfələrlə nəqliyyat vasitəsi dəyişməsinin və vaxt itkisinin qarşısını ala bilər.

0