“Akkord”un törmə şirkəti olan “Hydraulıc Mechanisms Company” MMC ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə çəkişməsi davam edir.
Hit.az xəbər verir ki, məhkəmə çəkişməsi vergi məsələləri ilə əlaqədardır.
İş üzrə iddiaçı Baş İdarədir. Qurum birinci instansiya məhkəməsinin qərarından narazı qaldığı üçün apellyasiya şikayəti verib.
Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Aytən Oruczadənin icraatındadır.
“Hydraulıc Mechanisms Company” MMC 26 dekabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 880 593.49 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədrazayev Zaur Mahir oğludur.
“Akkord” şirkəti keçmiş baş prokuror Zakir Qaralovun biznes strukturu kimi tanınır.
Anar