Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasına dəyişiklik edildi

İQTİSADİYYAT
17:23 / 25.06.2023
831

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasına dəyişiklik edilib.

HİT.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün hesablanaraq tutulur.

0