“Mətanət-A” şirkəti barəsində inzibati iş başlanıb.
Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham olunur. İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
483-cü maddədə göstərilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
“Mətanət-A” inşaat sektorundadı tanınan şirkətlərdən biridir. Şirkət inşaat materiallarının satışı ilə məşğuldur.
Anar