Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Ərazi Nümayəndəliyi Quzanlı qəsəbəsində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “Oskar-AR” MMC olub. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 149.578,57 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Oskar-AR” MMC 19 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, 20 yanvar küçəsi, ev 27-də yerləşir. MMC-nin qanuni təmsilçisi Musazadə Ziya Vaqif oğludur.
Göründüyü kimi “Oskar-AR” MMC 5 aydan bir az artıqdır fəaliyyət göstərir.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması lazımdır.
Barəsində heç bir məlumata rast gəlinməyən “Oskar-AR” MMC-nin bu kriteriyalara cavab verməsi inandırıcı görünmür.
Anar