"Buta İnvestment Group” məhkəməyə niyə verilib?

İQTİSADİYYAT
20:20 / 03.07.2023
448

"Buta İnvestment Group” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol tərtib edilib.

Hit.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə 07.07.2023 Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İXM-in 491.1-ci maddəsinə görə, inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə tətbiq edilir.

Aydın

0