“Hacıqabul Quşçuluq Şirkəti” MMC barəsində protokol tərtib edilib.
HİT.az-ın məlumatına görə, şirkət barəsində istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 544.2 maddəsi ilə protokol tərtib edilib. İş məhkəmə göndərilib.
İddiaya Hacıqabul Rayon Məhkəməsində baxılcaq. Sözügedən maddəyə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir.
Aydın