"Baku Electronics" gömrük qaydalarını pozub

İQTİSADİYYAT
18:11 / 04.07.2023
468

"Baku Electronics" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib edilib. 

Hit.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə iddia irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddasinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin icraatındadır.

Aydın

0