Gömrük Komitəsi iki şirkətə qarşı iddia qaldırdı

İQTİSADİYYAT
18:45 / 04.07.2023
633

"Artı Group" Qapalı Səhimdar Cəmiyyəti (MMC) və "Aqro-Vest DC" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib edilib. 

Hit.az-ın məlumatına görə, hər iki şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. 
 
Bu maddəyə əsasən, vəzifəli şəxslər 1000, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.

Hər iki işə Sabunçu Rayon Məhkəməsində baxılacaq.

Aydın

0