"EPA" şirkəti 5 min manatadək cərimələnə bilər

İQTİSADİYYAT
19:00 / 04.07.2023
753

"EPA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində idarəçilik qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Hit.az xəbər verir ki, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatındadır.

Aydın 

0