FHN-nin 1 milyonluq müqavilə imzaladığı şirkətlə bağlı açıqlama: "Bizim ofisdə oğurluq olmayıb"

İQTİSADİYYAT
21:48 / 04.07.2023
674

"Saqa gəmi təmiri" şirkətinin "Saqa gəmi təmiri" MMC-yə heç bir aidiyyatı yoxdur.

Bu barədə Qaynarinfo-ya MMC-nin rəhbəri Nəriman Qədirov bildirib.

Qaynarinfo-da "Saqa gəmi təmiri" MMC ilə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti arasında 1 milyon manatlıq satınalma müqaviləsi imzalanması barədə məlumat dərc edilmişdi. Həmin məlumatda 2012-ci ildə "Saqa gəmi təmiri"nin ofisində oğurluq hadisəsinin baş verdiyi qeyd edilmişdi. 

Nəriman Qədirov bildirib ki, oğurluq hadisəsi MMC-nin ofisində baş verməyib.

"Bizim şirkət 2017-ci ildə təsis edilib. Oğurluq hadisəsinin isə 2012-ci ildə baş verdiyi yazılıb. Bu hadisənin bizim şirkətlə əlaqəsi yoxdur. Yazıda həmçinin qeyd edilib ki, "Saqa gəmi təmiri" şirkəti məhkəməyə verilib. Burda da bizim şirkətdən söhbət getmir. Yəni, bizi heç kim məhkəməyə verməyib", deyə Nəriman Qədirov bildirib.

0