DSMF "Bank Respublika"nı məhkəməyə verdi

İQTİSADİYYAT
15:46 / 05.07.2023
689
"Bank Respublika" dövlət qurumu tərəfindən məhkəməyə verilib. 
 
HİT.az-ın məlumatına görə, bankla bağlı məhkəməyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu müraciət edib.
 
Fond tərəfindən “Bank Respublika” qarşısında mülkiyyət hüququ ilə əlaqədar mübahisəli məsələ qaldırılıb. 
 
İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq. 
 
Qeyd edək ki, 2019-cu ildən "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılovdur.
 
Aydın
0