"Azərbaycan Dəmir Yolları" məhkəməyə verildi

İQTİSADİYYAT
19:14 / 05.07.2023
684

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti barəsində məhkəmə iddiası qaldırılıb. 

Hit.az-ın məlumatına görə, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.1 maddəsi ilə protokol tərtib edilib. 

Sözügedən maddəyə əsasən, malların və nəqliyyat vasitələrinin 15 günədək müddətə gecikdirilməklə gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər 150 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə edilir. 

İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Aydın

0