Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən İqbal Həsənli və Elşad Cabbarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İqbal Həsənli 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elşad Cabbarova isə şərti cəza verilib və o, məhkəmə zalından azadlıqdan məhrum edilib.
İttihama görə, hər iki şəxs xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özlərini fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı dələduzluq ediblər.
Cinayət materiallarında qeyd edilib ki, onlar ümumilikdə 896 230 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.